Dünən İstanbulda baş verən terror aktını törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Teleqraf.com xəbər verir ki, 1999-cu il təvəllüdlü A.A-nın evinə basqının görüntüləri yayımlanıb.
Ötən gün “İstiqlal” prospektində baş verən partlayışda 4-ü hadisə yerində, 2-si xəstəxanada olmaqla 6 nəfər həyatını itirib. Partlayış nəticəsində 81 nəfər xəsarət alıb. Yaralılardan 5-nin reanimasiyada olduğu, 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Gecə saatlarında şübhəli gizləndiyi evdə yaxalanıb.