16 Noyabr 2022 14:19
2 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada keçirilən G20 sammiti çərçivəsində görülən təhlükəsizlik tədbirlərinə Türkiyə istehsalı “Yörük 4X4” zirehli maşınları da cəlb olunub.

Teleqraf.com xəbər verir ki, bununla Türkiyənin “Nurol Makina” müdafiə şirkəti tərəfindən istehsal edilən “Yörük” ilk belə missiyasını yerinə yetirib.

Zirehli texnika təhlükəsizlik tədbirləri çərçivəsində İndoneziya polisinin “Brimob” kimi tanınan elit xüsusi əməliyyat və taktiki bölməsi tərəfindən istifadə edilib. Bu kontekstdə “Birmob”un yaxın gələcəkdə öz kateqoriyasındakı digər vasitələrlə müqayisədə daha yüksək sürəti və üstün qoruması ilə seçilən “Yörük 4X4” maşınları alması qazanması gözlənilir.

“Yörük” bu ay Cakartada keçirilən “Indo Defense Expo & Forum 2022”-də də İndoneziya təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilib.

“Nurol Makina” yarmarka çərçivəsində İndoneziyada müdafiə sənayesində fəaliyyət göstərən “PT Jala” ilə müqavilə imzalayıb. Bu çərçivədə texnologiya transferi yolu ilə “Yörük 4X4”-ün İndoneziyada birgə istehsalı planlaşdırılır.

Təhlükəsizlik və hərbi strukturların istifadəsi üçün nəzərdə tutulmuş “Yörük” istifadəçilərinə yüngül zirehli maşın sinfində ən yüksək sürət və müdafiə performansını vəd edir.

Texnikanı yüksək dəqiqlikli ballistik və mina/əl partlayıcıları təmin etmək mümkündür və bunlar istəyə uyğun olaraq dəyişdirilə bilər.

“Yörük 4X4” modul dizaynı sayəsində yüksək intensivlikli müharibə zonalarında döyüşçü, personaldaşıyıcı, hava hücumundan müdafiə və kəşfiyyat vasitəsi kimi rolları yerinə yetirə bilir.

Saatda maksimum 140 kilometr sürəti ilə ağır yükləri daşıya bilən zirehli maşın 7.62 və 12.7 mm-lik pulemyotlar, 40 mm-lik qumbaraatanlar, hava və tank əleyhinə silahlar kimi silah sistemləri ilə təchiz oluna bilir. 8 ton çəkisi və yüksək yükgötürmə qabiliyyəti ilə “Yörük 4X4” 11 nəfərə qədər personal daşıya bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər