17 Noyabr 2022 09:52
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba dövlət başçısı Migel Diaz-Kanel Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir.

Teleqraf.com xəbər verir ki, Diaz-Kanelin gəlişi son 27 ildə Kubadan Türkiyəyə prezident səviyyəsində ilk səfər olacaq.

Kubanın Ankaradakı səfirliyinin məsələ ilə əlaqədar verdiyi açıqlamada deyilir:

“Prezident Migel Diaz-Kanel Türkiyəyə səfəri zamanı iqtisadi və siyasi əlaqələri gücləndirməyə çalışacaq. Onu səfərdə baş nazirin müavinləri, xarici işlər naziri, xarici ticarət və xarici investisiyalar naziri, energetika və mədənlər naziri və səhiyyə naziri müşayiət edəcək”.

Ərdoğanın 2015-ci il fevralın 10-11-də Kubaya səfəri Türkiyədən bu ölkəyə dövlət başçısı səviyyəsində ilk səfər olub.

Ölkənin mərhum lideri Fidel Kastronun 1995-ci ildə Türkiyəyə səfəri Kubadan Türkiyəyə bu səviyyədə ilk səfər idi. Kastro 3-14 iyun 1996-cı il tarixində də BMT-nin İstanbulda keçirilən konfransında iştirak etmək üçün Türkiyəyə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər