Amsterdam-Kuala-Lumpur reysi ilə uçan Malayziya Hava Yollarına məxsus MH17 reysini raketlə vurduğuna görə iki rus və bir Ukrayna vətəndaşı məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, təyyarə 8 il bundan əvvəl, 17 iyul 2014-cü ildə vurulub.
Qeyd edilir ki, Ukrayna hava məkanında vurulan təyyarə ilə bağlı Hollandiyada qiyabi mühakimə olunanlar ömürlük həbs cəzasına məhkum edilib.
Rusiya təqsirli bilinən vətəndaşlarını ekstradisiya etməyəcəyini bəyan edib. Ümumilikdə 298 sərnişin və ekipajın ölümü ilə nəticələnən hadisə ilə bağlı dördüncü müttəhim dəlil olmadığı üçün bəraət alıb.
Məhkəmə MH17 təyyarəsinin Rusiyadan gətirilən BUK raketi ilə vurulmasına heç bir şübhə olmadığını vurğulayıb. Separatçılar tərəfindən elan edilən Rusiya Kəşfiyyat Xidmətinin (FSB) keçmiş üzvü və “Donetsk Xalq Respublikası”nın keçmiş müdafiə “naziri” İqor Qirkin, Donetsk kəşfiyyatının rəhbəri, Rusiya vətəndaşı Sergey Dubinski, raketin buraxılışına cavabdeh olan Ukrayna vətəndaşı Leonid Xarçenko ömürlük azadlıqdan məhrum edilib.
Dubinskinin müavini, Rusiya vətəndaşı Oleq Pulatova bəraət verilib.