21 Noyabr 2022 13:16
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın ötən gecə İraqın şimalında Kürdüstan Demokratik Partiyası (İKDP) və “Komele”nin qərargahına raket və pilotsuz uçan aparatları ilə həyata keçirdiyi hücumları pisləyib.

Teleqraf.com xəbər verir ki, açıqlamada İran dinc sakinləri hədəfə almaqda ittiham olunub.

“İranın İraqın Ərbil şəhəri yaxınlığına raket və dron hücumlarını pisləyirik. Bu cür qeyri-qanuni hücumlar dinc əhalini risk altına qoyur, İraqın suverenliyini pozur və İraqın və Yaxın Şərqin çətinliklə təmin edilmiş təhlükəsizliyini və sabitliyini təhlükəyə atır”, - açıqlamada deyilib.

İran gecə saatlarında Ərbilin Köysancaq qəsəbəsindəki İKDP qərargahına raketlə, Süleymaniyyənin Zirquez qəsəbəsindəki “Komele” mərkəzinə isə dronlarla hücum edib.

İraq Kürd Regional Rəhbərliyinin bəyanatında deyilir ki, “İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kürd təşkilatlarının qərargah və mərkəzlərini bombalayıb.

Məlumata görə, hücumlarda 1 İKDP üzvü həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər