İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, İsveçin Ankaradakı səfirindən baş verənlərlə bağlı araşdırılma tələb edilib.
Qeyd edək ki, paytaxt Stokholmda PKK üzvləri aksiya keçiriblər. PKK-ya bağlı ünsürlər Türkiyənin Stokholmdakı səfirliyinin binasına terror təşkilatını təbliğ edən sözlər yazıblar.