12 Dekabr 2014 16:52
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Quanqzhou əyalətində rüşvət almaqda şübhəli bilininən Baiyun Sənaye və Kənd Təsərrüfatı şirkətinin sabiq baş direktoru Zhanq Xinhuaya hökm oxunub.

Teleqraf.com xarici mediasına istinadən xəbər verir ki, məkhəmə 400 milyon yuan (64,8 milyon dollar) pulu rüşvət yolu ilə əldə etməkdə şübhəli bildiyi Xinhuaya edam cəzası verib.

Hakim baş direktorun səlahiyyətindən sui istifadə hallarını sübuta yetirən kifayət qədər faktın olduğunu bildirib.

Qeyd edək ki, dünən Çin Milli İnkişaf və İslahat komissiyasının sədr müavini Liu Tienanda da 35,58 milyon yuan (təxminən 6 milyon dollar) rüşvət aldığı üçün ömürlük həbsə məhkum edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər