“Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücuma davam etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Ben Uolles deyib.
Müdafiə naziri hər həftə danışdığı ukraynalı həmkarlarına bu məsləhəti verdiyini bildirib.
“Ukraynalıların ruhdan düşmüş, zəif təlim keçmiş və zəif təchiz edilmiş ruslara qarşı təlim, təchizat və yüksək keyfiyyətli orduya malik olduqları üstünlüklərini nəzərə alsaq, qışda əməliyyatın dinamikasını saxlamaq Ukraynanın xeyrinə olardı”, - Uolles vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq 300 min dəst qış forması alıblar:
“Beynəlxalq ictimaiyyətdən aldıqları 300 min ədəd qış döyüş dəstləri var, bu, istənilən qış hücumu üçün vacib ehtiyacdır”.