Türkiyə Silahlı Qüvvələrinin İraqda daha bir hərbçisi şəhid olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan müqaviləli hərbi qulluqçu Hakan Koroğlunun həyatını xilas etmək mümkün olmayıb.
***
21:44
“Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Pəncə-Kilid” əməliyyatı İraqın şimalında aparılır.