27 Noyabr 2022 20:11
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.

“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var:

"Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər