28 Noyabr 2022 11:16
2 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan mətbuatında Türkiyənin İraq və Suriyanın şimalındakı uğurlu “Pəncə-Qılınc” əməliyyatı müzakirə olunur.

Teleqraf.com “Star”a istinadla xəbər verir ki, FETÖ-nün 2016-cı ildə çevriliş cəhdindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin zəiflədiyi iddiasının doğru olmadığını yazan yunan nəşrləri Türkiyəni zəif kimi qiymətləndirilməsinin böyük xəta olacağını bildirirlər.

Nəşrlər yunan hökumətinin insanları sakitləşdirmək üçün Türkiyə ilə bağlı yalan informasiyalar ötürdüyünü də yazırlar.

“Yunanıstan hökumətinin hər açıqlamasına inanmaq insanlarımzıda fövqəladə rahatlıq yaradır”, - məqalədə deyilir.

Məqalədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbinin Türkiyənin hava əməliyyatı ilə bağlı açıqlamasına da yer verilib. Kirbi “Pəncə-Qılınc” əməliyyatını “Türkiyənin özünümüdafiə hüququ” adlandırıb.

“Bu bəyanat Türkiyənin beynəlxalq səviyyədə təcrid olunması və ya Ankaranın Vaşinqtonla münasibətlərinin kəskin şəkildə pisləşməsi ilə bağlı iddiaları təkzib edir”, - məqalədə vurğulanır.

Türkiyənin terror hədəflərinə qarşı həyata keçirdiyi hava əməliyyatları nümunə kimi göstərilərkən, FETÖ-nün 2016-cı ildə çevriliş cəhdindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin zəiflədilməsi iddiasının yerdəki reallıqla üst-üstə düşmədiyi də bildirilir.

Təhlildə bu ifadələrə də yer verilir:

“Bu olaydan cəmi 39 gün sonra “Fərat Qalxanı” adlı genişmiqyaslı əməliyyat keçirdilər. Rəqibinizi zəif kimi qiymətləndirmək böyük səhvdir və Yunanıstanda bir çox insan bu səhvə yol verir”.


Müəllif: Mənsur Rəğbətoğlu