Tibbi müayinədən keçən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində arsen aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze jurnalistlərə məlumat verib.
“Dırnaq analizinin cavabını hələ almamışıq, nəticələr bu gün bəlli olacaq. Amma məlum olub ki, müayinə zamanı bədənində başqa bir maddə - arsen aşkarlanıb”, - vəkil bildirib.
O, həmçinin qeyd edib ki, Saakaşvili bu gün Gürcüstanın dövlət sərhədini pozması ilə bağlı məhkəmə iclasında iştirak edəcək. Səhhətinin ağır olması səbəbindən onu məhkəməyə xüsusi kresloda gətirəcəklər.