30 Noyabr 2022 15:21
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin keçmiş dövlət başçısı Tszyan Zimin 96 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, 1926-cı ildə anadan olan Zimin Çinin beçinci lideridir.

1989-2002-ci illərdə Çin Kommunist Partiyasının baş katibi olmuş Zimin 1993-2003-cü illərdə dövlət başçısı vəzifəsini icra edib.

Zimin Çinin iqtisadi inkişafına verdiyi töhfələrlə yadda qalıb. 1997-ci ildə Honq-Konqun sülh yolu ilə təslim olmasına öncüllük edib.

1999-cu ildə ölkədə bir sektaya təzyiq etdiyi üçün tənqid hədəfi olub.


Müəllif: Mənsur Rəğbətoğlu