NATO Rusiyanın təzyiqi altında olan tərəfdaşları Bosniya-Herseqovina, Gürcüstan və Moldovaya dəstəyi artırmağı planlaşdırırlar.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Tərəfdaşlarımız Bosniya-Herseqovina, Gürcüstan və Moldovaya xüsusi salamlar. Bu gün bu tərəfdaşlar Rusiyanın təzyiqi altındadır və NATO onlara öz dəstəyini artırmaq niyyətindədir”, - alyansın rəhbəri bildirib.
Stoltenberq əlavə edib ki, uzun illər ərzində NATO və müttəfiqləri müdafiə potensialının artırılması, islahatların həyata keçirilməsi, müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi daxil olmaqla, hər üç tərəfdaşa dəstək verib.