Fransanın Tehrandakı səfiri Nikolas Roş ölkəsinin xarici işlər naziri Ketrin Kolonnanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, İran XİN Kolonnanın parlamentdəki açıqlamalarını “qəbuledilməz” və “ölkənin daxili işlərinə müdaxilə” adlandırıb.
Açıqlamada Fransa və bəzi Avropa ölkələrinin insan haqları məsələsindən sui-istifadə etdiyi vurğulanıb və bu ölkələrin insan haqları ilə bağlı iddialar irəli sürmək səlahiyyətlərinin olmadığı bildirilib.
Roşun məsələni rəsmi Parisə çatdıracağı bildirilib.