Fransanın “AFP” xəbər agentliyi bu il dünyada baş verən proseslərə ən çox təsir edən lider və təşkilatları seçib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu siyahıda ilk yerdə qərarlaşıb.
Putinin bu nominasiyaya layiq görülməsinə səbəb kimi Krımın Rusiyaya birləşdirilməsi, Ukrayna böhranı və yeni bir “Soyuq müharibə” riski göstərilir.
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbubəkr Əl Bağdadi ikinci, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması isə üçüncü sırada yer alıb.
Samir