2 Dekabr 2022 08:43
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya, Böyük Britaniya və İtaliyanın hakimiyyət orqanları yeni nəsil qırıcının birgə hazırlanmasına dair razılaşmanı gələn həftə elan edə bilər.

Teleqraf.com xəbər verir ki, Yaponiya ilk dəfə olaraq ABŞ-sız böyük bir müdafiə layihəsi ilə məşğul olacaq. Öz növbəsində Böyük Britaniya tərəfinin qırıcının hazırlanmasında iştirakı Londonun Asiya regionunda əhəmiyyətini artıra bilər.

Qeyd edilir ki, layihədə aparıcı rol Yaponiyanın "Mitsubishi Heavy Industries" və Böyük Britaniyanın "BAE Systems" şirkətlərinə həvalə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər