“Türkiyə ilə İsrail arasında normallaşma prosesi davam edir. Münasibətlərimiz yaxşılaşıb. Bir müddət əvvəl çox mehriban dialoqumuz olub və mən buna çox şadam. Hesab edirəm ki, bu, çox vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş nazir Binyamin Netanyahu müsahibəsində deyib.
Netanyahu İsrail tarixində ən uzun müddət baş nazirlik edən şəxs olduğunu da qeyd edib: “Biz Ərdoğanın etdiyi hər şeyi təsdiqlədiyimiz üçün görüşmədik. Necə ki, Barak Obamanın Türkiyə ilə yaxşı münasibətlər qurması, prezident Baydenin Çindəki liderlərlə görüşməsi kimi bir situasiya. Diplomatiya bunu tələb edir. Bunda maraqların və dəyərlərin birləşməsi var və siz bunu balanslaşdırmalısınız”.
Qeyd edək ki, noyabrın 1-də keçirilən növbədənkənar seçkilərdə Netanyahunun partiyası qalib gəlib. İsrail prezidenti İsaak Hersoq noyabrın 13-də Netanyahuya hökumət qurmaq mandatını verib.