3 Dekabr 2022 21:29
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kris Vray Tik-Tok sosial media platformasına nəzarətin Çin hökumətinin əlində olduğunu və bunun ölkələrinin milli təhlükəsizliyi üçün narahatlıqlar yaratdığını deyib.

Teleqraf.com xəbər verir ki, FTB direktoru Miçiqan Universitetində Çin hökumətinin sosial mediadakı məzmunu manipulyasiya etdiyini söyləyib.

Çinin TikTok-da topladığı məlumatları casusluq üçün istifadə edə biləcəyinə işarə edən Vray əlavə edib ki, bütün məlumatlar bizimlə ortaq dəyərləri paylaşmayan bir hökumətin əlindədir: “Bu hökumət ABŞ-ın maraqlarına xidmət etmir. Bu, narahatlığa səbəb olmalıdır”.

FTB TikTok-da toplanan məlumatların Çin hökuməti tərəfindən “pis niyyətlə” istifadə oluna biləcəyini əvvəllər də bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər