Türkiyə Daxili İşlər Nazirliyi Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatları zamanı İŞİD terror təşkilatının “maliyyə əmiri” də daxil olmaqla, 18 terrorçunun ələ keçirildiyini bildirib.
Terroçulardan 13-nün İŞİD, digərlərinin isə PKK/KCK/PYD/YPG terror təşkilatı üzvləri olduğu vurğulanıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı partlamağa hazır 10 kiloqram əl istehsalı bomba komplekti, 4 bomba elektron lövhəsi, Kalaşnikov avtomatı, tapança və 253 patron ələ keçirilib.