4 Dekabr 2022 22:57
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukrayna böhranının həlli üçün Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək. Eyni zamanda, biz bunun xeyli vaxt aparacağına əminik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Müasir reallıqları nəzərə alsaq, danışıqların dərhal baş tutması ehtimalı azdır. Lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, - deyə Kalın bəyan edib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna ilə yaxın münasibətlər saxlayan Türkiyə Ukraynada münaqişənin davam etdirilməsində maraqlı deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər