“Qaraciyər kralı” kimi tanınan sosial media fenomeni Brayan Consonun sirri ortaya çıxıb. Onun etirafı izləyicilərini məyus edib.
Teleqraf.com xəbər verir ki, sosial mediada “Qaraciyər kralı” kimi tanınan Brayan Consonun gizli elektron məktublarının əks-sədaları davam edir.
ABŞ-da yaşayan və iki uşağı olan 45 yaşlı Consonun İnstaqramda 1,7 milyon, Tik-Tokda isə 2 milyondan çox izləyicisi var.
Onun bu qədər məşhur olmasının səbəbi mükəmməl bədən quruluşuna sahib olmasıdır.
Brayan ötən ilin avqust ayından bəri verdiyi açıqlamaları və müsahibələrində özünü “müasir bir mağara adamı” kimi təsvir edirdi.
Əzələli bədənini amansız məşqlərə bağlayan və gündə yarım kilo çiy qaraciyər yeyən adam əvvəllər də medianın gündəmini zəbt etmişdi.
Ancaq sosial şəbəkələrə düşən elektron poçt məktubu “Ciyər Kralı”nın gizli saxladığı həqiqəti üzə çıxarıb.
Tez bir zamanda sosial medianın mövzusuna çevrilən elektron məktublarda Consonun 2021-ci ildə adı açıqlanmayan bir məşqçiyə on minlərlə dollar dəyərində dərmanlardan istifadə etdiyini söyləyir. Bu açıqlamadan sonra Conson əzələlərini çiy yeməyə deyil, vitaminlərə borclu olduğunu etiraf edir.
O videomüraciətində bu sözləri verib: “'Hər şeyi alt-üst etdim. Mən bunu qəbul edirəm... Yalan danışdım”.