Burkina Faso Fransanın “France Internationale” (RFI) radiosunun yayımını dayandırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin sözçüsü Jan Emmanuel Uuedraqo açıqlama verib.
Ölkə rəsmisi “Əl-Qaidə” və İŞİD terror təşkilatları ilə əlaqəli qruplaşmaların orduya qatılan mülki şəxsləri təhdid edən mesajlarını yayımladığı səbəbiylə radionun fəaliyyətini ikinci bir bildirişə qədər dayandırdıqlarını söyləyıb. Açıqlamada radionun bu fəaliyyətinin minlərlə ölkə vətəndaşının orduya qatılmasının qarşısını almaq üçün terrorçuların geniş əl-qol açmalarına töhfə verdiyi bildirilib.
Burkina Faso hökuməti ötən ay başlatdığı kampaniya ilə 50 min nəfəri orduya cəlb edəcəyini açıqlayıb.
Bu il iki çevrilişin baş verdiyi Burkina Fasoda təhlükəsizlik problemləri səbəbiylə Fransa əleyhinə kütləvi etirazlar keçirilir.