5 Dekabr 2022 16:08
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 25 ölkədə çirkli pulların yuyulması və kuryerlərə qarşı keçirilən əməliyyatda 2469 nəfərin saxlanıldığı, 8755 pul kuryerinin və 222 işə götürənin müəyyən edildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, təxminən 1800 müxtəlif bank və qurumun dəstək verdiyi əməliyyatda 4 089 şübhəlinin 17,5 milyon avro “qara pul”la ələ keçirildiyi qeyd edilib.

Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv dövlətlərin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib.

Günahsız insanların “çirkli pulların yuyulması” alətinə çevrilməsinin qarşısını almaq istəyən “Europol” bu gündən etibarən “#DontBeaMule” (kuryer olmaq) həştəqi ilə sosial mediada maarifləndirməyə çalışacaq.

“Europol” bundan əvvəl “çirkli pulların yuyulması” cinayəti ilə mübarizə üçün “Avropa Pul Qatırı Aksiyonu” adı altında 7 əməliyyat həyata keçirib.

Əməliyyat zamanı saxlanılan şəxslər və onların kimliyi barədə məlumat verilməyib.


Müəllif: Nemət

Oxşar xəbərlər