“Beynəlxalq Könüllülər Günündə biz daha ədalətli cəmiyyətlər və sağlam planet qurmaq yolunda könüllülərin götürdüyü öhdəliyi və verdiyi töhfələri qeyd edirik. Könüllülər öz fədakar xidmətləri ilə insanlığın ən yaxşı tərəfini göstərirlər. Onlar sülh, dayanıqlı inkişaf və insan haqları sahələrində irəliləyişə nail olmaq üçün gördüyümüz işlərin əsl müdafiəçiləridir. Onların təmənnasız fəaliyyəti hamını zənginləşdirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Qutueereşin Beynəlxalq Könüllülər Günü ilə bağlı müraciətində bildirilir.
Baş katib “Könüllülük vasitəsilə həmrəylik” və bir-birimizə qayğı göstərmək üçün bir araya gəlməyin vacibliyini vurğulayıb: “Bu, bizə hər kəsin öz rolu olduğunu xatırladır. Harada yaşamağınızdan və nə iş görməyinizdən asılı olmayaraq, sizi hərəkətə keçməyə çağırıram. Vaxtınızı könüllülüyə sərf edin. İstedadınızı bölüşün. Təcrübənizi paylaşın. Gəlin bu gün və hər gün böyük və kiçik işlərdə həmrəylik nümayiş etdirməklə dünyamızı yaxşılaşdıranlar insanlardan ilham alaq. Gəlin hamı üçün daha yaxşı gələcək qurmaq üçün üzərimizə düşəni etmək qərarını verək”.