6 Dekabr 2022 12:27
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları tədricən Ukraynanın Baxmut bölgəsində irəliləyirlər, amma hələlik şəhəri mühasirəyə ala bilmirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Qərbdən aldığı müdafiə sistemlərinin köməyi ilə Rusiyanın yüksək dəqiqlikli hərbi sursatlarının effektliliyini minimuma endirib.

Bununla belə, Ukraynanın hava hücumundan müdafiəsindən yan keçən Rusiya raketlərinin kiçik bir hissəsi kritik infrastrukturları zədələyə bilir.

İşğalçı qüvvələr Svatove-Kreminna xəttində öz mövqelərini Ukraynanın hücumlarından müdafiə etməkdə davam edir. Ruslar Baxmut bölgəsində tədricən irəliləyir və Avdiyivka-Donetsk bölgəsində hücum əməliyyatları aparırlar. 15-20 nəfərlik kiçik hücum qrupları Ukraynanın dərinlikdəki mövqelərinə soxulmağa çalışırlar.

Xerson vilayətinin işğaldan azad edilmiş hissəsi rus ordusunun atəşindən əziyyət çəkir. Xüsusilə, ruslar Dnepr çayının sağ sahilində 20-dən çox yaşayış məntəqəsini atəşə tutaraq Xersona hücumlarını davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər