6 Dekabr 2022 17:03
2 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Krım körpüsündə yoxlamalar aparan Rusiya lideri Vladimir Putin geyindiyi gödəkçə ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də baş verən patlayışdan sonra təmir edilən Krım körpüsünə baxış keçirən prezident Putin sosial şəbəkələrin diqqətinə düşüb.

Putinin geyindiyi pencək sosial şəbəkə iştirakçılarının reaksiyaya səbəb olub. Krım körpüsündə görünən Putinin üzərindəki gödəkə italyan markası Loro Piana məxsusdurr. Qiymətinin 3100 dollar civarında olduğu ortaya çıxıb.

Rusiya vətəndaşının aylıq minimum əmək haqqının təqribən 12 misli qədər olan gödəkcə tənqidlərə səbəb olub.

Bundan başqa, Vladimir Putin körpüdə maşın sürərkən görüntülənib. Videolarda Putinin “Mercedes” markalı avtomobili idarə etdiyi görünüb. Putini tənqid edən bəzi sosial media istifadəçiləri “Niyə Almaniya istehsalı olan “Mercedes” əvəzinə Rusiya istehsalı olan avtomobildən istifadə etmir?” şərhini yazıblar.


Müəllif: Nemət