Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner mühakimə olunduğu korrupsiya işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, 2 saylı Federal Məhkəməsində (TOF2) keçirilən prosesdə Kirşner və daha 12 nəfər barəsində hökm elan edilib.
İttihamda ölkəyə 2007-2015-ci illərdə rəhbərlik etmiş Kirşner Santa Kruz əyalətində yol tikintisi müqavilələrini qanunsuz olaraq iş adamı Lazaro Baezə verməkdə təqsirli bilinib.
Hökmə əsasən Kirşner korrupsiya ittihamı ilə 6 il həbs və ömürlük dövlət vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, Argentina tarixində ilk dəfə olaraq vəzifədə olan vitse-prezident korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib və cəzalandırılıb.
Ancaq Kirşnerin cəzasının icrası üçün Ali Məhkəmə təsdiqlənməlidir.
Kirşner mühakimə olunduğu korrupsiya işində təqsirli bilindikdən sonra “paralel dövlət və məhkəmə mafiyası” tərəfindən mühakimə olunduğunu bildirib, ittihamı rədd edib.
Qeyd edək ki, Kirşner sentyabr ayında evinə girməzdən əvvəl sui-qəsdə məruz qalıb və sağ çıxmağı bacarıb.