7 Dekabr 2022 12:12
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin prezidenti Si Cinpin Səudiyyə Ərəbistanına səfər edir. Maraqlıdır ki, Cinpinin səfəri ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik dövrünə təsadüf edib və Vaşinqton öz çəkisini Asiya-Sakit Okean regionuna yönəltməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, Çin liderinin səfəri bu gün başlayır və dekabrın 9-na qədər davam edəcək.

Çin lideri paytaxt Ər-Riyadda keçiriləcək Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Zirvə toplantısında iştirak edəcək.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çin liderinin Kral Salman Bin Əbdüləzizin dəvəti ilə ölkəyə səfər edəcəyini təsdiqləyib. Bildirilib ki, iki zirvə görüşü ortaq əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.

Maraqlıdır ki, Cinpinin səfəri ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərindəki gərginliklə üst-üstə düşüb və qlobal strategiyasının ağırlığını Asiya-Sakit Okean regionuna keçirən Vaşinqton diqqətini Yaxın Şərqdən dəyişib.

ABŞ prezidenti Co Baydenin bu ilin əvvəlində Ər-Riyada səfəri onların münasibətlərində gözlənilən müsbət ab-havanı təmin edə bilməyib və iki ölkə arasında Səudiyyə Ərəbistanının başçılıq etdiyi “OPEC Plus” mexanizminin qərarı ilə münaqişə yaranıb.

ABŞ Konqresi neftin qiymətini yüksəltmək üçün bu addıma cavab olaraq Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandırmağa çağırıb.

Digər tərəfdən, Çinin ABŞ-ın Yaxın Şərqdən marağının dəyişməsi ilə yaranacaq iqtisadi və siyasi güc boşluğunu doldura biləcək bir aktyor ola biləcəyinə dair şərhlər var.

Pekin son illərdə “Kəmər və Yol” proqramı çərçivəsində bölgədə bir çox infrastruktur və nəqliyyat layihələri həyata keçirsə də, enerji qaynaqlarına marağı artıb.


Müəllif: Nemət

Oxşar xəbərlər