14 Dekabr 2014 09:59
830
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə 2013-cü ilin yayında müxalifətin çıxışlarının yatırılmasında ittiham olunan 438 nəfər məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com-un “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmədə dinləniləcək Minya əyalətində 3 polisin qətli ilə bağlı birinci cinayət işi üzrə 139 nəfər məsuliyyətə cəlb olunub.

İkinci cinayət işi üzrə “Müsəlman qardaşlar”ın 299 tərəfdarı məhkəmə qarşısına çıxarılacaq. Onların Damanhur şəhərində polislə toqquşmalar zamanı 5 nəfərin ölümü ilə əlaqəli olduğu bildirilir.

Bundan əvvəl məhkəmə 13 polisin ölümündə təqsirli bilinən 188 nəfər barəsində ölüm hökmü çıxarıb.


Müəllif:

Oxşar xəbərlər