8 Dekabr 2022 15:44
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız müharibə dondurularsa Ukrayna döyüş meydanında təşəbbüsü itirə bilər. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin komandanlığı nəyin bahasına olursa-olsun, cəbhədə əməliyyat fasiləsinin qarşısını almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.

Analitiklər qeyd edirlər ki, Rusiya ordusu qışda müharibədə fasiləyə çalışacaq. Yazda isə əks-hücuma cəhd edə bilərlər.

Maraqlıdır ki, ISW analitikləri NATO-nun baş katibi Yens Stoltenberqin fərziyyələri ilə razılaşıblar.

Qışda operativ fasilə Ukraynanın əks-hücum əməliyyatlarını vaxtından əvvəl başa çatdıracaq, Ukraynanın təşəbbüsü itirməsi ehtimalını artıracaq və deqradasiyaya uğramış Rusiya qoşunlarına bərpa olunmaq və döyüşə hazırlaşmaq üçün qiymətli 3-4 aylıq möhlət verəcək.

ISW ekspertləri Putinin davranışını müharibəni dayandırmamaq istəyi kimi qiymətləndirirlər: “Putinin Baxmut ətrafında və başqa yerlərdə hücum əməliyyatlarını davam etdirmək fikrində olması Ukraynanın döyüşün digər sahələrində hərbi təşəbbüsü qoruyub saxlamaq qabiliyyətinə kömək edir. Ukraynanın gələcək əməliyyat uğuru Ukrayna Silahlı Qüvvələrinin qış boyu ardıcıl əməliyyatları davamlı olaraq davam etdirmək qabiliyyətindən asılı olacaq”.

Daha əvvəl ISW ekspertləri bildirmişdilər ki, Kreml ölkə əhalisini uzun sürən müharibəyə hazırlayır.


Müəllif: Nemət

Oxşar xəbərlər