ABŞ-ın “Politico” nəşri Rusiya xarici işlər naziri Sergey Lavrovu öz reytinqində “məhv edənlər” bölməsinə daxil edib.
Teleqraf.com xəbər verir ki, nəşr rusiyalı naziri “qaranlıq diplomat” adlandırıb, onun sayəsində bütün ölkələrin Ukraynadakı müharibəni xeyirlə şər arasında döyüş kimi görmədiklərini yazıb.
“Moskva Qərbdə təcrid edilsə də, hələ də Kremli dəstəkləmək istəyən (yaxud ən azı ona qarşı çıxmayan) hökumətlər var. Bu, böyük ölçüdə Moskvanın Avropa və ABŞ-ın istədiyi qədər təcrid olunmamasını təmin etmək üçün ənənəvi obrazlar və Rusiyanın nəhəng qida və enerji ixracatçısı statusu üzərində oynayan Rusiyanın təcrübəli xarici işlər naziri Sergey Lavrovun sayəsindədir”, - məqalədə bildirilib.
“Politico” hesab edir ki, Lavrovun beynəlxalq forumlarda Rusiyanı pisləyən səslərə qarşı “narahatedici say”da bitərəf səslərin əldə olunmasının təmin edilməsində mühüm rolu olub:
“72 yaşlı xarici işlər naziri və onun diplomatlar ordusu ixtiyarında olan mürəkkəb təbliğat vasitələri ilə qlobal qaz və taxıl problemindən uğurla istifadə edirlər, Qərbin keçmiş müstəmləkələri ilə çətin münasibətlərindən maksimum yararlandılar. Avropa axmaq görünür - ya da daha pis”.
Nəşr qeyd edib ki, Lavrov ərzaq məhsullarının bahalaşması və gübrə qıtlığının Rusiyanın Ukraynaya müdaxiləsi deyil, Qərbin sanksiyaları ilə bağlı olduğu yalanını yayır.