ABŞ-ın “Vaşinqton Post” qəzeti iş adamı Rinat Əhmədovu Ukrayna Silahlı Qüvvələrinin “ən böyük özəl donor”u adlandırıb.
Teleqraf.com xəbər verir ki, nəşr onun Ukrayna ordusuna 100 milyon dollardan çox hərbi və humanitar yardım etdiyini bildirib - dronlardan tutmuş qidaya qədər.
Fevralın 24-də Rusiya işğalı başlayandan bəri Əhmədov Ukraynanı tərk etmədiyini, tərk etməyəcəyini və 2014-cü ildən Kiyevdə yaşadığını deyib. İş adamı həm də müharibə zamanı Ukraynanın ən böyük özəl donoru olub. O, Ukraynaya pilotsuz təyyarələrdən tutmuş qidaya qədər 100 milyon dollardan çox hərbi və humanitar yardım göstərib.
Həmçinin Əhmədov yüz milyardlarla dollar sərmayə ilə “Marşal Planı”nın tezliklə qəbul edilməsinə və ölkənin Rusiya deyil, Qərb modelinə çevrilməsinə çağırır.
Nəşr diqqəti ona yönəldir ki, Əhmədov da böyük biznesin digər nümayəndələri kimi Ukraynaya və Prezident Vladimir Zelenskiyə vətənpərvər dəstəyini açıq şəkildə ifadə edib.
Milyarder iş adamı tammiqyaslı müharibənin ilk günündən Ukrayna hərbçilərini zireh, gülləkeçirməz jiletlər və polad konstruksiyalarla təmin edir. Bundan əlavə, Rinat Əhmədovun müəssisələri “Polad cəbhə” təşəbbüsü çərçivəsində hərbi ehtiyaclar üçün pilotsuz uçan aparatlar, istilik sistemləri, rabitə vasitələri və digər avadanlıqlar alır.
Müharibə başlayandan bəri iş adamının fondu və digər müəssisələri “Şaxtyor” FK ilə birlikdə Silahlı Qüvvələrə dəstək və humanitar yardım üçün 3.5 milyard qrivna ianə edib.