9 Dekabr 2022 11:14
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

49 yaşlı ukraynalı yazıçı Vladimir Vakulenko ötən gün Xarkovda dəfn edilib. Onun cəsədi ruslar tərəfindən oğurlandıqdan sonra İzyum yaxınlığındakı kütləvi məzarlıqda tapılıb.

Teleqraf.com xəbər verir ki, qurbanın anası oğlunun həmkəndliləri tərəfindən ruslara təhvil verdiyini deyir.

Vakulenko Rusiya işğalının başlanmasından sonra Ukraynanı dəstəklədiyinə görə rusların onu ələ keçirə biləcəyindən qorxmadan doğma Xarkov vilayətindəki Kapitolivka kəndindən qaçmamaq qərarına gəlib. Ruslar kəndə girdikdən sonra iki dəfə Vakulenkoya baş çəkiblər. İlk dəfə martın 22-də Volodyanı 14 yaşlı oğlu ilə aparıb, elə həmin gün axşam saatlarında buraxıblar.

Martın 24-də Vakulenko evindən aparılıb və onu bir daha canlı görən olmayıb.

Mərhum yazıçının anası deyir:

“Kəndlilərdən kimin oğluma xəyanət etdiyini dəqiq bilirəm. İndi bu adam kənddə deyil, harasa gedib. Amma qapını döyən tək o deyildi. Volodyanı aparandan iki-üç gün sonra hərbçilər yenə evə gəldilər. Başqa bir kəndlini də özləri ilə gətirmişdilər, oğlumu aparmaq istədilər. Bu satqın indi hardadır, bilmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər