10 Dekabr 2022 19:17
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya arasında aparılan danışıqlar nəticəsində ötən günlərdə məhbus mübadiləsi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, “Ölüm taciri” ləqəbli silah qaçaqmalçısı Viktor But Rusiyaya, basketbol ulduzu Britni Qriner isə ABŞ-a təhvil verilib.

Sövdələşmədən sonra ABŞ-da, belə demək mümkünsə, yer yerindən oynamağa başlayıb. ABŞ mediası və ölkə müxalifəti Co Bayden hökumətini kəskin tənqid atəşinə məruz qoyub. “Qiyamət”in səbəbi Butun qarşılığında yalnız basketbolçu Qrinerin geri alınmasıdır.

ABŞ tərəfindən təhvil verilən But 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Rusiya hərbi kəşfiyyatının önəmli fiqurlarından biri hesab olunur. Belə bir şəxsin basketbolçu ilə dəyişdirilməsini “ABŞ-ın məğlubliyyəti” adlandıranlar var. Məsələn, ABŞ-ın sabiq prezidenti Donald Tramp bunu “biabırçılıq”, onun keçmiş müşaviri Con Bolton isə “kapitulyasiya” adlandırıb.

ABŞ mediası və siyasətçiləri Baydeni tənqid edərkən, Butu yaxlayan isimdən ilginc açıqlama gəlib. ABŞ Ədliyyə və Daxili Təhlükəsizlik Departamentinin keçmiş xidmət rəhbəri Tom Paskarello ABŞ-ın bunun böyük bədəlini ödəyəcəyini iddia edib.

Razılaşmadan təəccübünü gizlədə bilməyən Paskarello deyib: “Dünyanın hər hansı bir yerində silah sövdələşmələri aparmaq potensialına malik hər kəsin məhbus mübadiləsi zamanı azadlığa buraxılmasına inana bilmirəm”.

Paskarello sövdələşmənin uğursuzluğuna diqqət çəkib: “Bu adam dünyada hər kəsdən daha çox qətliam və qırğınlarda iştirak edib və qarşılığında heç ikisini də almadıq”.

Azadlığa çıxan “Ölüm taciri”nin ilk açıqlaması isə belə olub:

“Qərb inanır ki, Sovet İttifaqı dağılmağa başlayan 1990-cı illərdən bəri bizi bitirə bilməyib. İndi bizim etdiyimiz heç kimə təslim olmamaq, necə yaşamaq, necə müstəqil olmaq və xalqımızı necə inkişaf etdirməkdir. Bu onlar üçün qəbuledilməzdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər