13 Dekabr 2022 16:19
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Yeni ilə qədər qoşunlarını ölkəsindən çıxarması çağırışına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Peskov Rusiyanın bunu etməyəcəyini və geri çəkilmədən söhbət gedə bilməyəcəyini deyib.

Kremlin sözçüsü Ukraynanın sülh danışıqları üçün “reallıqları” qəbul etməli olduğunu söyləyib:

“Ukrayna uzun müddət ərzində formalaşmış reallıqları qəbul etməlidir. Bu faktlar yeni ərazilərin Rusiyaya ilhaqından xəbər verir. Bu faktları nəzərə almadan həll prosesində irəliləmək mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər