14 Dekabr 2022 21:17
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 səbəbiylə dünyada yaranan fövqəladə halın 2023-cü ildə sona çatacağına ümid edir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

"Bir il əvvəl koronavirusun omikron ştammı aşkar ediləndə xəstəlik hər həftə təxminən 50 min insanın həyatına son qoyurdu. Amma ötən həftə isə dünyada 10 mindən az insan COVID-dən ölüb. Bununla yanaşı biz hələ də qeyri-müəyyənliklər və çətinliklərlə üzləşir. Beləki, aşağı gəlirli ölkələrdə hər beş nəfərdən yalnız biri COVID-ə qarşı peyvənd olunub".

O bildirib ki, virus bizimlə qalacaq. Əsas məsələ onunla necə mübarizə aparacağımızdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər