30 Dekabr 2022 10:12
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə məxsus hərbi təyyarənin Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə 6 metrə qədər yaxınlaşdığı və Amerika təyyarəsinin toqquşmamaq üçün manevr etməli olduğu açıqlanıb.

Teleqraf.com xəbər verir ki, ABŞ ordusundan verilən açıqlamada Cənubi Çin dənizində beynəlxalq hava məkanında uçan RC-135 təyyarəsinin dekabrın 21-də Çinə məxsus J-11 döyüş təyyarəsi tərəfindən təcavüzə məruz qaldığı bildirilib.

Çin hərbi reaktivinin ABŞ təyyarəsinin 6 metr yaxınına gəldiyi, Amerika təyyarəsinin toqquşmamaq üçün manevr etməli olduğu qeyd olunub.

ABŞ müdafiə naziri Lloyd Ostin noyabrın 22-də Kambocada çinli həmkarı Vey Fenqe ilə görüşündə Çinin hərbi vasitələrinin Hind-Sakit okean regionunda artan təhlükəli hərəkətləri ilə bağlı narahatlığını ifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər