Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edən hərbi hissələrin idarə olunduğu birgə qərargaha gedib.
Teleqraf.com xəbər verir ki, Kremldən Putinin Ukraynada “xüsusi hərbi əməliyyat”da iştirak edən hərbi hissələrin birgə qərargahına baş çəkdiyi bildirilib.
“Prezident Putin qərargahın işi barədə məlumat alıb, xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı hesabatı dinləyib, müşavirə keçirib, həmçinin komandirlərlə danışıqlar aparıb”, - məlumatda deyilir.
Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov da iştirak ediblər.