Ukrayna müdafiə qüvvələri son sutka ərzində 10 yaşayış məntəqəsi ərazisinə rus işğalçılarının hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qüvvələrini Baxmut və Avdiyev istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəltməkdə davam edir. Bundan başqa, ruslar Liman üzərində itirilmiş mövqelərini bərpa etməyə çalışır.
Son 24 saat ərzində Ukrayna ordusu Luqansk və Donetsk vilayətlərinin 10 yaşayış məntəqəsində Rusiya qoşunlarının hücumlarını dəf edib.
Bundan əlavə, Ukrayna ordusu Rusiya qüvvələrinin bazalarını məhv etməkdə davam edir. Baş Qərargah Rusiyanın Xerson vilayətinin Çaplinka qəsəbəsində daimi dislokasiya məntəqəsinin darmadağın edilməsini təsdiqləyib. Rusların məntəqədə xeyli sayda canlı qüvvəsi məhv edilib, çoxlu sayda yarlısının olduğu bildirilib.
Baş Qərargahın məlumatına görə, Rusiyanın Ukraynadakı ümumi itkiləri 98.8 min nəfər təşkil edir.