Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy – Pomarı – Ujqorod magistral qaz kəmərində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.
Bildirilir ki, partlayış nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, Urenqoy – Pomarı – Ujqorod qaz kəməri 1980-ci illərin əvvəlində inşa edilib. Bu kəmər vasitəsilə Qərbi Sibirdən Avropaya qaz nəql edilir. Kəmər Kursk vilayətində Rusiya-Ukrayna sərhədini keçir.