22 Dekabr 2022 09:23
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliyi və planetin təbii ehtiyatlarının yırtıcı şəkildə istismarı səbəbindən yaxın gələcəkdə növlərin kütləvi məhvi baş verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazır.

Araşdırmaya görə, ən pis halda 2050-ci ilə qədər bütün heyvan və bitki növlərinin 10, 2100-cü ilə qədər isə 27 faizə qədəri yox olacaq.

Elm adamları bunun əsas səbəbi kimi qlobal istiləşmə və insan fəaliyyətini göstərirlər.

Tədqiqatçılar məsələ ilə əlaqədar əvvəlki araşdırmaların qüsurlu olduğunu iddia edirlər. Yeni nəticələrdən sonra elm adamları daha pessimistdirlər.

Bioloqlar həmçinin müəyyən ediblər ki, həşəratların yoxa çıxması hər il 400 mindən çox insanın ölümünə səbəb olur. Tozlandırıcıların yoxa çıxması meyvə, tərəvəz və xüsusən qoz-fındıq məhsuldarlığının 3-5 faiz azalmasına və bununla əlaqəli ürək, insult, diabet, xərçəng və digər xəstəliklərdən 427 000 çox ölümə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər