27 Dekabr 2022 10:30
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Kəşfiyyat İdarəsinin hesabatına görə, İran ölkə üçün “təhlükəsizliyə təhdid” reytinqində ikinci yerə düşüb.

Teleqraf.com xəbər verir ki, 2023-cü ildə İsrailin üzləşəcəyi təhlükələr arasında “beynəlxalq dəyişikliklər” birinci yerdədir.

İran 2023-cü ildə İsrail üçün təhlükəsizlik təhdidləri siyahısında ikinci, Fələstin bölgəsindəki hadisələr isə üçüncü yerdədir.

“Israel Hayom” qəzeti əvvəlki hesabatların əksinə olaraq, İranın İsrailin əsas diqqət mərkəzində olmadığını yazıb:

“İran ən vacib və mürəkkəb problemdir, amma Hərbi Kəşfiyyat İdarəsi bunu bir-biri ilə əlaqəli və bir-birinə bağlı daha böyük tapmacanın yalnız bir parçası kimi görür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər