“ABŞ və NATO müttəfiqləri Rusiyanı məhv etmək üçün onu döyüş meydanında məğlub etmək istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Artıq heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi ölkəmizi zəiflətmək, hətta məhv etmək mexanizmi kimi Rusiyanı döyüş meydanında məğlub etməkdir”, - nazir bildirib.
Onun sözlərinə görə, Rusiyanın rəqibləri həmin məqsədə çatmaq üçün hər şeyə hazırdırlar.