İranın Romadakı səfiri İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, İranda son 3 ayda qadın etirazçılara qarşı zorakılıqlarla bağlı Məhəmməd Rza Saburi nazirliyə çağırılıb. Diplomatla görüş çərşənbə gününə nəzərdə tutulub.
Qeyd edək ki, bu günlərdə İtaliyanın xarici işlər naziri Antonio Tayani İrandakı vəziyyəti “qəbuledilməz rüsvayçılıq” kimi xarakterizə edib.