28 Dekabr 2022 10:41
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin artan regional təhdidləri və Şimali Koreyanın hədələyici raket fəaliyyətləri əsasında Yaponiya müdafiəsini gücləndirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin sözçüsü Aki Takeşi ölkəsinin materikdən uzaqda yerləşən adaları müdafiə etmək üçün hərbi potensialını gücləndirəcəyini deyib.

Aki bu məqsədlə yer-hava tipli idarəolunan raket bölmələrinin Tayvanın 110 kilometrliyindəki Yonaquni adasında yerləşdiriləcəyini açıqlayıb.

Yerli mətbuat Tokionun bu addımının Çinin Tayvan boğazında artan hərbi fəaliyyətlərinə qarşı tədbir olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər