29 Dekabr 2022 12:50
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran mətbuatının Fransadan 4 ədəd “Airbus” təyyarəsinin gətirildiyi xəbərindən sonra ölkə rəsmisi bunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının direktor müavini Həsən Huşu açıqlama verib.

Onun sözlərinə görə, Fransada istehsal edilən “Airbus 340” tipli təyyarələr bu yaxınlarda ölkəyə gətirilib.

Anlaşmanın təfərrüatları verilməyib.

ABŞ 2018-ci ildə İranla nüvə sazişindən (KOEP) çıxdıqdan sonra Amerika Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərin Mühafizəsi Ofisi (OFAC) bu ölkəyə qarşı ləğv edilmiş bütün sanksiyaların bərpa olunduğunu açıqlayıb. Bu çərçivədə ABŞ-ın qüvvəyə minən sanksiya qanunu mülki aviasiya sektorunu da əhatə edir. Sanksiyalar səbəbindən İran sərnişin təyyarələri və təyyarə hissələrini idxal edə bilmir.

İran Hava Yolları Şirkətləri Assosiasiyası rəhbərinin müavini Əli Rza Bərxor 2021-ci ilin dekabrında demişdi ki, sanksiyalar səbəbindən təyyarələrin yarıdan çoxu təmir oluna bilmədiyi üçün uça bilmir.

Ölkədə təyyarələrin nasazlığı səbəbindən reyslər tez-tez ləğv edilir və uçuşlarda gecikmələr olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər