Fransa prezidenti Fransis Olland və Almaniya kansleri Angela Merkel Rusiya və Ukrayna liderlərini vaxt itirməməyə çağırıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, onlar liderləri Ukraynanın şərqində vəziyyətin çözülməsi məqəsdilə danışıqları bərpa etməyə səsləyib.
Ötən gün dörd ölkə liderləri arasında telefon danışıqları aparılıb.
Fransa prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən söhbət zamanı Minsk danışıqlarının mümkün qədər tez bir zamanda bərpa olunması və atəşkəsin əməli sürətdə təmin edilməsi münaqişə tərəflərinə tövsiyyə edilib.
Samir