18 Dekabr 2014 01:19
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi davam edəcək.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bəyan edib.

Onun sözlərinə görə, Ukraynanın şərqindəki böhran güc yolu ilə həll oluna bilməz. “Beləliklə, bizə yalnız sanksiyalar yolundan istifadə etmək qalır”, deyə V.Şoyble bildirib. Eyni zamanda nazir Avropa İttifaqının əməkdaşlığa üstünlük verdiyini də qeyd edib: “Biz daim dialoq üçün əlimizi uzatmağa hazırıq”.

Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Rusiyaya qarşı sanksiyaların nəticəsiz qaldığını bildirib: “Sanksiyalar Rusiyanın iqtisadiyyatını zəiflədib. Lakin biz Rusiyanın apardığı siyasətdə gözlədiyimiz dəyişiklikləri müşahidə etmirik”.


Müəllif:

Oxşar xəbərlər