ABŞ-ın Ankaradakı səfirliyində bomba həyəcanı yaşanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında qara geyimli gənc oğlan əlindəki qara çantanı səfirliyin qapısının önünə qoyub. Şübhəli başına qara maska keçirdikdən sonra fars dilində qışqırmağa başlayıb. Səfirlik önündəki polislər həmin şəxsi həbs edib.
Baxış zamanı çantadan aktivistə məxsus paltar və əşyalar tapılıb. Rəsmilərin verdiyi məlumata görə, həmin şəxs Məhəmməd A. adlı 19 yaşlı İran vətəndaşıdır.
Faktla bağlı araşdırmalar davam edir.
Samir